Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan üçün təhlükə: İranın nüvə obyektləri vurularsa…
Azərbaycan üçün təhlükə: İranın nüvə obyektləri vurularsa…3-03-2026, 04:23 |
|
Yaxın Şərqdə hərbi gərginliyin sürətlə artması, xüsusilə İsrail və ABŞ ilə İran arasındakı qarşılıqlı hücumlar region ölkələrində narahatlıq doğurur. Ən çox qorxu yaradan məqamlardan biri isə İranın nüvə obyektlərinə mümkün zərbələrdir. Sərhəddə yerləşən Azərbaycan üçün bu vəziyyət potensial radiasiya riski kimi real təhlükə yarada bilər. İranın nüvə obyektlərinə qarşı mümkün hücumların Azərbaycana radiasiya təhlükəsi yaratma ehtimalı nə qədərdir? “Cebheinfo.az” –a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan dövləti bütün məsələləri yaxından izləyir: “Dövlətimiz lazım olan bütün addımları atır. Uzun müddət sərhədlərin bağlı qalması barədə müxtəlif fikirlər irəli sürülürdü, amma zaman keçdikcə Rusiya-Ukrayna müharibəsi və həmçinin İsrail-ABŞ-İran qarşıdurması göstərdi ki, Azərbaycan dövləti doğru addımlar atır. İranın nüvə obyektlərinə zərbələrlə bağlı risk var, amma hesab etmirəm ki, bu cür addımlar atıla bilər. Ancaq olarsa, bununla bağlı Azərbaycan dövlətinin atacağı konkret addımlar var. Bu, elə bir məsələdir ki, yüz faiz sığortalanmaq mümkün deyil”. Ekspert qeyd edib ki, Azərbaycan bütün variatları nəzərdən keçirir: “Ümumiyyətlə, qonşu ölkədə müharibə, nüvə təhlükəsi varsa və müharibə uzun müddət davam edərsə, humanitar böhran ola bilər. Buna görə arzu edirəm ki, qısa müddətdə bu müharibə aradan qaldırılsın. Ancaq Azərbaycan dövləti bütün variantları nəzərdən keçirir və bu variantlar üzrə uyğun addımlar atılır. Qardaş ölkələrlə, Türkiyə, Pakistan və digər müttəviq türk¬dilli dövlətlərlə bu məsələlərdə müzakirələr aparılır, koordinasiya olunur. Vəziyyət axından izlənilir, təhlillər aparılır və mövcud statusa uyğun addımlar atılacaqdır”. Geri qayıt |