Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azəristiliktəchizat" ASC-nin iş yerlərinin attestasiyası ilə bağlı tenderi baş tutmayıb
"Azəristiliktəchizat" ASC-nin iş yerlərinin attestasiyası ilə bağlı tenderi baş tutmayıb3-03-2026, 04:16 |
|
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi xidmətinin satınalınması" üzrə açıq tender ləğv edilib. 32gun.az xəbər verir ki, sözügedən satınalma layihəsinin ehtimal olunan qiyməti 21 928,53 AZN məbləğində müəyyən edilmişdi. Rəsmi açıqlamaya görə, tenderin ləğv edilməsinə səbəb "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsi olub. Belə ki, satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün müsabiqə ləğv edilib. Geri qayıt |