Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kərə ətirli” yalanı: Marketlərdəki baha məhsullar bizi necə aldadır?
“Kərə ətirli” yalanı: Marketlərdəki baha məhsullar bizi necə aldadır?2-03-2026, 16:01 |
|
Marketlərdə yağ və digər qida məhsullarının üzərində “premium”, “daha keyfiyyətli” və ya “kərə ətirli” kimi ifadələrə tez-tez rast gəlinir. İstehlakçılar, adətən, qiyməti baha olan bu məhsulların daha keyfiyyətli olduğunu düşünürlər. Bəs həqiqətənmi baha qiymət yüksək keyfiyyət deməkdir? Mövzu ilə bağlı qida eksperti İlkin Şirinov Yenicag.az-a açıqlamasında bildirib ki, məhsulun qiymətinin yüksək olması və ya üzərində cəlbedici sözlərin yazılması onun həqiqətən keyfiyyətli və təhlükəsiz olduğu anlamına gəlmir:
İlkin Şirinov vurğulayıb ki, məhsulun keyfiyyət göstəricisi yalnız laboratoriya analizləri ilə müəyyən edilir. Ekspertin sözlərinə görə, məhsulun tərkibindəki yağ turşularının miqdarı, texnoloji göstəricilər və digər laboratoriya nəticələri düzgün qeyd olunarsa, o zaman məhsul haqqında obyektiv fikir söyləmək mümkündür. Ətraflı videomaterialda:
Geri qayıt |