Əsas Səhifə > Ana xəbər / Güney Press > “Yelo Bank”dan “Accessbank”a transfer
“Yelo Bank”dan “Accessbank”a transfer2-03-2026, 11:42 |
|
“AccessBank” QSC-də Daxili Audit departamentinə yeni direktor təyin edilib. Banker.az xəbər verir ki, bu vəzifə Əziz Fətəliyevə həvalə olunub. O, 2020-ci ilin noyabr ayından bu təyinata kimi “Yelo Bank”ın Daxili Audit departamentinin direktoru olub. Karyerasına 2007-ci ildə AccessBank-da kassir olaraq başlayıb və zamanla baş kassir vəzifəsinə qədər yüksəlib. 2014-cü ildən isə bankın Daxili Audit Departamentində auditor kimi fəaliyyət göstərməyə başlayıb və daha sonra baş auditor vəzifəsini tutub. 2017-ci ildən Bank Respublikada fəaliyyətini davam etdirən Əziz Fətəliyev əvvəlcə Daxili Audit departamentində şöbə müdiri, son illərdə isə departamentin direktor müavini olub. Əziz Fətəliyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsini bitirib. Geri qayıt |