Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət qurumu portaldan kənar 3 nəfərdən BİNA İCARƏYƏ GÖTÜRDÜ

Dövlət qurumu portaldan kənar 3 nəfərdən BİNA İCARƏYƏ GÖTÜRDÜ


2-03-2026, 06:25

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi bir mənbədən satınalma metodu ilə binaların icarəyə götürülməsi məqsədilə 3 müqavilə imzalayıb.

  • "DİA-AZ" xəbər verir ki, satınalmalar çərçivəsində fiziki şəxslərlə bağlanan müqavilələrin detalları aşağıdakı kimidir:

Tanrıverdiyeva Xoşqədəm İsmayıl qızı ilə 3 600 manat məbləğində müqavilə bağlanıb.

Əliyev Mədəd İbayət oğlu ilə 2 233 manat məbləğində müqavilə imzalanıb.

Hüseynov Rafik Həmid oğlu ilə isə 1 200 manat məbləğində müqavilə bağlanıb.

Ümumilikdə binaların icarəyə götürülməsi xidmətləri üçün 7 033 manat vəsait ayrılıb.


Geri qayıt