Əsas Səhifə > Ana xəbər / Güney Press > "Uşaqlarını, nəvələrini hansı pulla xaricdə şelləndirirlər?"

"Uşaqlarını, nəvələrini hansı pulla xaricdə şelləndirirlər?"


1-03-2026, 05:00

"Acgözcəsinə başqalarının haqqını yeyib şəxsi marağınızı güddükcə rəzil olacaqsınız". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
O daha sonra fikrini belə davam etdirir: "Söhbət gizli yeyimcillərdən gedir. "Akademiyada pul yoxdur" deyənlər o qədər mülkə, mala-pula, bağlı-bağatlı evlərə hansı yolla sahib olublar? Bəs mətbuatın yazdığı o yüz milyonlar elm və təhsil müəssisələrində necə yeyilib və kimlər yeyib? Uşaqlarını, nəvələrini hansı pulla xaricdə şelləndirirlər? Üstəlik, övladlarının seyfindən yüz minlərlə valyutanı xarici polis müsadirə edir.
Bu müqəddəs zatlar aybaay aldıqları 1000 manat civarında maaşla 2000-3000 manat pulu haradan alıb göndərirlər o sevimli balalarına? Ciddi və problemin kökünə nüfuz edən məsələlərdir.
Akademik səmimiyyətsizliyə son qoymaq üçün şəffaflıq olmalıdır. Yoxsa "ləhlölölöylə", qarşıdakını ələ salan akademik yaltaqlıqla heç bir müsbət irəliləyişə nail olmaq olmaz.
Maraqlıdır, bir institutda milyonların yoxa çıxmasına, yeyintilərə kor olan alim-üləmalar bir kəlmə ağızlarını açıb danışmadıqları halda dövləti yetərli maaş verməməkdə qınayırlar. Ədalətsizlikdir. Bəlkə dövlətin ayırdığı milyonları şərikli yeyibsiniz?!

Geri qayıt