Əsas Səhifə > Ana xəbər / Güney Press > Ruslar Bakıya hansı üzlə gəlib?
Ruslar Bakıya hansı üzlə gəlib?26-02-2026, 02:55 |
|
Fevralın 25-də Azərbaycana savaş içində olan iki ölkədən – Rusiya və Ukraynadan fərqli heyətlər gəlib. Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov rəhbərlik etdiyi heyət Bakıda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, silahlanma sahəsində təcrübə mübadiləsi və koordinasiya məsələlərinə toxunulub. Məlumata görə, tərəflər regional təhlükəsizlik mühiti fonunda hava qüvvələrinin inkişafı, modernləşmə prosesləri və kadr hazırlığı istiqamətində fikir mübadiləsi aparıblar. Rusiya nümayəndə heyəti həmçinin Milli Müdafiə Universitetində təşkil olunan seminarda iştirak edib. Tədbirdə müasir silah sistemləri, operativ planlaşdırma və hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Fikrimcə, mülki təyyarəmizin vurulması və soydaşlarımıza qarşı zorakılıq halları araşdırılmadığına görə Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlıq imkanları tükənib.
Müəllif: Elxan Şahinoğlu - Mənbə: "DİA-AZ"
Geri qayıt |