Əsas Səhifə > Ana xəbər / Güney Press > “Görəsən, Zakir Həsənovu mənə “Bağışla, gücüm çatmır” söyləməyə məcbur edən həmin qüvvələr kimlərdir?”
“Görəsən, Zakir Həsənovu mənə “Bağışla, gücüm çatmır” söyləməyə məcbur edən həmin qüvvələr kimlərdir?”25-02-2026, 08:49 |
|
Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş general-mayor Altay Mehdiyev müdafiə naziri general-polkovnik Zakir Həsənovu ona qarşı haqsızlıq etməkdə günahlandırıb. "DİA-AZ" bildirir ki, Altay Mehdiyev özünü Azərbaycan Ordusunun yaranmasında, inkişaf etməsində xüsusi xidmətləri olan şəxs kimi təqdim edib. O, bildirib ki, Naxçıvan MR-nın düşmən nəzarəti altında olan 11 min hektardan artıq torpaqlarını, strateji hündürlükləri bir nəfər də olsun itki vermədən şəxsən onun rəhbərliyi altında azad edilib. “Hərbi Hava Qüvvələrinin Komandanı – Müdafiə nazirinin müavini vəzifəsində üzün müddət xidmət edərək, Hərbi Hava Qüvvələrimizin inkişafında müstəsna xidmətlərim olub. Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR güc nazirləri ilə keçirdiyi toplantıda təqdimatsız, öz qərarı ilə general- mayor rütbəsinə layiq görülmüşəm. General-polkovnik Zakir Həsənovun Müdafiə naziri təyin olunduğu ilk gündən sərəncamına çıxararaq əvvəl – “biz çörək kəsmişik, narahat olmağa dəyməz, hər şey yaxşı olacaq, cənab Prezident mənə göstəriş verib ki, “Siz xidmətinizi davam etdirəsiniz” söyləmişdi. Maraqlıdır ki, dövlətimə, xalqıma, mövcud siyasi sistemə sədaqətlə xidmət etməyimə, qanunun aliliyinə, müəyyən edilmiş hüquqi normalara, “Hakimiyyət mövqelərində” dəyişikliklərə həmişə hörmətlə yanaşmağıma, faydalı ilə zərərli insanlar arasında fərqi gordüyümdən, mənfi baxışlarını mənə qəbul etdirə bilməmələrinə, Ordumuzda xidmət etdiyim bütün müddət ərzində şərəflə xidmət edərək uğurlu döyüş əməliyyatları keçirməyə nail olduğuma baxmayaraq, Zakir Həsənov Müdafiə naziri təyin olduği ilk gündən mənə “narahat olma, biz çörək kəsmişik, hərşey yaxşı olacaq” söyləyərək, görəsən hansı səbəbdən mənə qarşı saymaqla bitməyən haqsızlıqlara qərar vermişdir ? Bəzən düşünürəm, bəlkə mənim ideyalarımı nailliyyətlərimi, döyüş tapşırıqlarını bir nəfər də olsun itki vermədən uğurla yerinə yetirmək bacarığımı “ONLAR” mənimsəmək, öz adlarına yazmaq fikirlərinə düşmüşlər?! Lakin, məni bundan da çox narahat edən başqa bir sualdır : Bəli, bütün bu qeyri-müəyyənlik bilik boşluqlarını doldurmaq üçün insanları izahat axtarmağa, əfsanələr və nəzəriyyələr düşünməyə məcbur edir. Eyni zamanda qorxu, maraq və heyrət doğurur. Mən inanıram ki, Müdafiə naziri general -polkovnik Zakir Həsənovun nəhayət, məni qəbul etməyi ilə, həqiqəti üzə çıxarmağa və bütün mənfi düşüncələrə son qoymağa imkan yaradacaq. Gununsesi.info Geri qayıt |