Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramin Bayramlı ilə Vüqar Qurbanovun ümidinə qalan TƏBİB...
Ramin Bayramlı ilə Vüqar Qurbanovun ümidinə qalan TƏBİB...25-02-2026, 06:50 |
|
İndi də Vüqar Qurbanov vəzifədən gedib deyə, bütün media "baltanı götürüb, keçib hücuma. Sağdan da vururlar, soldan da".
Bu proses mənə Vüqar Qurbanovdan əvvəlki TƏBİB rəhbəri Ramin Bayramlını xatırladır. O da vəzifədən gedəndə villası, sərvəti, mənimsədiyi pullar barədə məlumatlar tirajlandı və bir müddət sonra "gölə daş atıldı".
Vəssəlam.
Bəlli ki, "hədəfə çatılmışdı".
Sonra nə oldu?
Həmin adı korrupsiyada, mənimsəmədə hallanan Ramin Bayramlı hərləndi-fırlandı, yenidən gəldi TƏBİB-də vəzifə tutdu. Bu gedişlə keçmiş vəzifəsinə geri gəlsə, təəccüblənmərəm.
Adını bilmədiyim bir oyun var - iki nəfər yan-yana dayanır, növbə ilə bir-birini böyürləri ilə itələyirlər. Aşan uduzur.
Vüqar Qurbanov ilə Ramin Bayramlı hesabını da 1:1 adlandırmaq olarmı görəsən??
Qaldı ki, Qurbanova qarşı informasiya hücumuna, bəzən belə hallar məni çox sevdiyim jurnalist peşəsindən usandırır. Özümüz də bilmədən kimlərinsə alətinə çevrilirik.
İllərdir vəzifədə olan, o vəzifədən istədiyi kimi hələ də istifadə edənlərdən yazmaq lazımdır əslində. Gedən nəyimizə lazımdır?!
Məsələn, ötən gün qeyd etmişdim: Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qaynını özünə müavin təyin edib. Yox idimi o vəzifəyə layiq başqa təhsilli, bacarıqlı biri?
Eh... Kim deyib ki, "dərdi danışdıqca azalar?!"
Müəllif: Jalə Əsədova - Mənbə: "DİA-AZ"
Geri qayıt |