Əsas Səhifə > Ana xəbər / Güney Press > “Bakı Teleqrafı” şirkətinə sədr seçiləcək
“Bakı Teleqrafı” şirkətinə sədr seçiləcək23-02-2026, 09:28 |
|
22 may 2026-cı il saat 11:00-da “Bakı Teleqrafı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. 2025-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı. 2. İdarə heyətinin üzvlərinin və sədrinin seçilməsi. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. İclasın keçiriləcəyi ünvan – Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 36. (“Azərpoçt” MMC-nin inzibati binasının 6-cı mərtəbəsi) Geri qayıt |