Əsas Səhifə > Ana xəbər / Güney Press > Rəsmi Bakı bu reallığı niyə gizlədir ki...

Rəsmi Bakı bu reallığı niyə gizlədir ki...


22-02-2026, 07:20

"Beynəlxalq Valyuta Fondu ekspertlərinin iqtisadi artımla bağlı son dövrlər hazırladığı analitik materillarından birində maraqlı bir məqam var..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
O daha sonra bildirir: "Ölkələrin "orta gəlir tələsi"ndə ilişib qalmasının səbəbləri yalnız yüksək gəlir yaradan sektorlar, ixrac yönümlü məhsul və xidmətlər yaratmaq potensialının zəif olması, makroiqtisadi sabitliyi (ilk növbədə aşağı inflyasiya) təmin edə bilməməsi ilə bağlı deyil. 
Bunlardan əlavə, ifrat bərabərsizlikdən qaça bilmək vacibdir - həm sosial, həm də iqtisadi bərabərsizlik.
Bizdə rəsmi statistika bərabərsizliyi gizlətmək üçün əlindən gələn hər şeyi edir.
Küçələrində 5 min və 1 milyon manatlıq avtomobillərin paralel şütüdüyü, saytlarında 50 min manatlıq mənzillərlə 5 milyon manatlıq villaların satış elanlarının bərabər verildiyi, paytaxtında pulsuzluqdan övladını gündəlik pulsuz dövlət məktəbinə göndərə bilməyən ailələlərlə 2 uşağını birdən 15-20 min manatlıq özəl məktəblərə göndərən ailələrin bərabər yaşadığı ölkənin statistika qurumu deyir ki, ən yoxsul və ən zəngin əhalinin aylıq xərcləri arasında fərq cəmi 2,5 dəfədir.
Hətta dünyanın qeyri-şəffaflıq çempionları olan Afrika ölkələrində belə bərabərsizlik statistikası bu qədər ustalıqla və aşkar gizlədilmir.
Hansı beynəlxalq statiskanı açırsan, Afrika ölkələri Gini əmsalının səviyyəsinə görə siyahının başında gəlir.
Bu hesabatlarda Azərbaycanın adı yerli dibli-yoxdur, çünki statisikanı yerli-dibli gizləyiblər..."


Geri qayıt