Əsas Səhifə > Ana xəbər / Güney Press > Qanunsuzluğa görə bağlanan Qurtuluşu reklam edənlər...
Qanunsuzluğa görə bağlanan Qurtuluşu reklam edənlər...19-02-2026, 04:59 |
Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin direktoru Ceyhun Salmanovun həbsi ilə bağlı xəbər vermişdik. Hazırda faktla bağlı araşdırma aparılır, bir sıra cinayət halları aşkar edilib.Ajans.az-ın məlumatına görə, Maraqlıdır ki, həmin mərkəzdə bir sıra tanınmış ictimai şəxslər qonaq olub. Ceyhun Salmanov bu şəxslərdən özünün və mərkəzin reklamı üçün istifadə edib. Deputatlar Ceyhun Məmmədov və Fazil Mustafa ilə bağlı xəbərləri daha əvvəl vermişdik.
Lakin deputatlar Vüqar İsgəndərov, Tahir Rzayev və Hikmət Babaoğlu suallarımızı cavablandırıb.
Vüqar İsgəndərov açıqlayıb ki, o həmin mərkəzdə qonaq olub. Lakin özəl tanışlıqları olmayıb. Sadəcə digər həmkarları da iştirak etdiyi üçün o da getməyi özünə borc bilib. “ Mən mərkəzdə olduğum müddət ərzində qeyri-adi, xoşagəlməz, gərgin anlara şahid olmamışam. Mərkəzin üzvləri ilə bir-bir görüşmüşük. Yaradılan şərait ilə də tanış olmuşam. Müalicə üsulları, qida, təmizlik, idman proqramları, asudə vaxtın səmərəli keçirilməsi və digər xidmətləri əyani gördük. Lakin məni narahat edən heç bir hadisəyə rast gəlməmişəm. Deputat qeyd edib ki, reabilitasiya mərkəzində baş verən sonrakı qalmaqallar ilə bağlı araşdırma aparması hüquq-mühafizə orqanlarının işidir. Lakin iştirak edilən bütün tədbirlərdə əsas düşüncəmiz zərərli vərdişlər ilə düzgün mübarizə aparmaqdır. “Tək missiyamız narkomaniyaya qarşı mübarizə qurumlara dəstək göstərmək və yanlarında olmaqdır. Qurtuluşda baş verənlər konkret hadisədir. Bu da araşdırılır. Həmin görüşdən sonra mən Ceyhun Salmanovu bir daha görməmişəm. Özüm də mediadan öyrənmişəm ki, cinayət halları aşkar edilib. Ən son hadisələr ilə bağlı fikirlərimizi yalnız məhkəmədən sonra bildirə bilərik.” deyə, o söyləyib.
“ Mən yalnız narkotik asılılığından əziyyət çəkən şəxslərə yaradılan şəraitlə yaxından tanış olmaq üçün oraya getmişəm. Lakin indi Ceyhun Salmanov həbs edilibsə, bunu mən öncədən təxmin edə bilməzdim. Orada iştirakımı danmıram. İctimai nüfuzuma görə dəvət ediblər. “ Həmçinin, deputat qeyd edib ki, Ceyhun Salmanovla özəl tanışlığı yoxdur. Sadəcə həmkarı vasitəsilə tanış olublar. Hətta qurumun özəl olmadığını, dövlətə məxsus olduğunu düşünüb. “ O görüşlə hər şey başladığı kimi bitib. Nə əvvəl, nə də sonra qarşılaşmadıq.” deyə, Hikmət Babaoğlu fikirlərini deyib.
“ Mənim son olanlardan xəbərim var. Lakin illər öncə, orada olmuşam. Qeyd edim ki, mərkəz müsbət xidmətləri ilə seçilib. 4-5 il əvvəl orada olanda nə qədər şəxsin narkomaniyadan əziyyət çəkdiyinin şahidi oldum. Reabilitasiya mərkəzinin belə müsbət addım atması təqdirəlayiqdir.” O, Ceyhun Salmanovun sonrakı proseslərdə adının hallanmasına da münasibət bildirib. “ Ceyhun Salmanovun doğru və ya səhv hərəkətlərini istintaq müəyyən edə bilər. Amma belə mərkəzin fəaliyyəti ölkə üçün vacib idi. Orada yüzlərlə şəxs sağlam həyata qayıdıb. Ceyhun bəyin müavinləri belə bir zamanlar zərərli vərdişlərdən əziyyət çəkən şəxslər olub. Amma sağalaraq, işlə belə təmin olunublar.” Tahir Rzayev deyib ki, Ceyhun Salmanovun qanunsuz əməllərinə yalnız qurumlar cavabdehdir. Ancaq bu tip mərkəzlər ölkə üçün vacibdir. Geri qayıt |