Əsas Səhifə > Ana xəbər / Güney Press > Molla rejiminin Azərbaycan əleyhinə sayıqlamaları

Molla rejiminin Azərbaycan əleyhinə sayıqlamaları


17-02-2026, 08:02

"İranda hakim olan rejimin təbliğat strukturları Azərbaycana qarşı informasiya kampaniyasına başlayıb". "DİA-AZ" xəbər verir ki, bu barədə "Təbriz-Turan" teleqram kanalı məlumat yayıb.
Xəbərdə daha sonra deyilir: "Rejimə bağlı mənbələrin iddiasına görə, ABŞ və İsrail “müharibəni periferiyadan başlatmaq” strategiyası çərçivəsində İranı birbaşa hədəf almadan əvvəl Azərbaycanın sərhədləri boyunca gərginlik yaratmağa çalışır. Bu iddia xüsusilə yenicə terror təşkiatı statusu almış Sepaha bağlı olan yarımhərbi Basic qrupunun yaydığı açıqlamalarda yer alıb.
Eyni zamanda, İrana yaxın media orqanları Hüseyniyyun qruplaşmasının bəyanatlarını tirajlayıb. Həmin bəyanatlarda ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə Azərbaycana qarşı hücumlarla bağlı təhdidlər səsləndirilib. Bu çağırışlar Cənubi Qafqazda sülh və sabitliyə açıq təhdid kimi qiymətləndirilir.
Hüseyniyyun – İran tərəfindən dəstəklənən şiə islamçı silahlı təşkilatdır və məqsədi Xomeynist inqilab modelini Azərbaycana ixrac etmək kimi təqdim olunur".
Mənbə: https://t.me/tebriz_turan.

Geri qayıt