Əsas Səhifə > Ana xəbər / Güney Press > “Medi Hall” hospitala gözəlləşmək üçün getdi... ÖLDÜ!
“Medi Hall” hospitala gözəlləşmək üçün getdi... ÖLDÜ!16-02-2026, 11:03 |
|
Bakıda estetik əməliyyat etdirən qadın ölüb. Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib. Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo.az Geri qayıt |