Əsas Səhifə > Ana xəbər / Güney Press > Bir nazirlikdən digərinə vəzifəyə getdi

Bir nazirlikdən digərinə vəzifəyə getdi


16-02-2026, 10:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

"DİA-AZ" “Yeni Sabah”a istinadən xəbər v erir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mahmud Abdullayev qurumun Əmək siyasəti şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, M.Abdullayev Naxçıvanda doğulub. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasını bitirib.

Əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışıb.


Geri qayıt