Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyev ölüb, amma onun əsəri Həbibbəyli yaşayır...

Mehdiyev ölüb, amma onun əsəri Həbibbəyli yaşayır...


15-02-2026, 07:05

"Ramiz Mehdiyevin işində məni ən çox əzən, yandıran, incidən bu cür savadsız və primitiv şəxsin dövlətin ali rəhbərliyində təmsil olunması deyil..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Eynulla Fətullayev qeyd edib.
O daha sonra bildirir: "Bəzən dünyada, Azərbaycanda isə tez-tez savadsız və səviyyəsiz adamları yüksək dövlət vəzifələrində görürük. 5 kitab oxumayıblar, amma 150 kitab oğurlayıblar. Məni ən çox yandıran Mehdiyevin akademik kürsüsünə ucaldılması idi…
Amma hazırkı Akademiya prezidenti İsa Həbibbəylinin şerlərini və traybozavr sifətinin ifadəsinə diqqət çəkəndə anlayırsan ki, Mehdiyev hələ də sağdır, ölməyib, kürsüdən salınmayıb. İsa Həbibbəyli Mehdiyevin ən böyük sənət əsəridir, “mehdiyevşinanın” canlı nümunəsidir. Mehdiyev yenilməyib və sağdır! Əks halda İsa Həbibbəyli kimi Şarikov necə də Akademiya prezidenti ola bilər?! Mehdiyev ölüb, amma onun əsəri Həbibbəyli yaşayır. Elmin cəsədi ortada, Həbibbəyli isə rəqs edir. İsa bilsəydi ki Həbibbəyli onun adını daşıyacaq…"

Geri qayıt