|
"Sosial müdafiə qurumları məlumat yayıb ki, son indeksasiyadan sonra orta aylıq pensiya məbləği 543 manatdan 593 manata yüksəlir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib. O daha sonra bildirir: "Adətən belə xəbər yayanda gərək mənzərə daha yaxşı görünsün deyə əlavə məlumatları da böyrünə qoşmaq lazımdır. Məsələn, 593 manat orta pensiyanı 1,1 milyon nəfər pensiyaçıdan neçə nəfəri alacaq? Bir də 320 manat minimum pensiyanı alanların sayı nə qədərdir? Bir az şəffaf olsalar, hər il orta pensiya ilə yanaşı median pensiya göstəricisinə də açıqlama olar. Yeri gəlmişkən, yaşlı əhalinin təxminən 20%-i pensiya hüququ qazana bilmədiyi üçün 220 manat aylıq müavinət almağa məhkumdur. Bu məbləğ ötən ilki orta pensiya məbləğinin 40%-i qədər idi. Yeni orta pensiya məbləğinin isə 37%-nə endi. Minimum pensiyanın orta pensiyaya nisbəti də 59%-dən 54%-ə enmiş oldu.."
Geri qayıt
|