Əsas Səhifə > Ana xəbər / Güney Press > Gömrük Komitəsində yeni təyinatlar
Gömrük Komitəsində yeni təyinatlar10-02-2026, 11:17 |
|
Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Geri qayıt |