Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın iri logistika şirkətinə rəhbər təyin edilib
Azərbaycanın iri logistika şirkətinə rəhbər təyin edilib10-02-2026, 09:46 |
|
“Grand Logistics Center” MMC-yə baş icraçı direktor təyin edilib. Banker.az xəbər verir ki, Vahid Novruzov Vaqif oğlu bu vəzifəyə təyin edilib. Buna qədər müvafiq vəzifədə Samir Rzayev Sabir oğlu çalışıb. V.Novruzov 2020-2025-ci illərdə Azərbaycanda aqrar sahədə fəaliyyət göstərən şirkətlər qrupu “Agro Food Investments” MMC-nin rəhbəri vəzifəsində çalışıb. Xatırladaq ki, “Grand Logistics Center” MMC 2016-cı ildə təsis edilib. Şirkət 2018-ci ilə qədər “Bakı Logistika Mərkəzi-2016” MMC adı ilə fəaliyət göstərib. Hazırda 18.1 milyon manat nizamnamə kapitalı var. Geri qayıt |