Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvana yeni Baş nazir təyin olunub
Naxçıvana yeni Baş nazir təyin olunub9-02-2026, 11:42 |
|
Naxçıvan Muxtar Respublikasının yeni Baş nazirinin təyin olunması ilə bağlı MR Ali Məclisinə təqdimat daxil olub. APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin iclası keçirilir. Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclis Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması məsələsini müzakirə edir. Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb. *** Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub. Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb. Geri qayıt |