Əsas Səhifə > Ana xəbər / Güney Press > Daha bir şirkət «etibarsız təchizatçı» oldu I

Daha bir şirkət «etibarsız təchizatçı» oldu I


7-02-2026, 12:18

Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların sayı artır.

"DİA-AZ" xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Attex Tender» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) etibarsız təchizatçılar siyahısına əlavə edilib.

Rəsmi məlumata görə, buna səbəb - «Attex Tender» MMC-nin tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin avqust ayının 4-ə qədər qadağan edilib.

«Attex Tender» MMC 2024-cü ilin dekabr ayının 28-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Novruzov Anar Bayandur oğlu olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.

Şirkət 2025-ci ildə 14 müxtəlif tenderin qalibi olub. Bu tenderlər müxtəlif hədiyyələrin, dezinfeksiyaedici malların, əkin materiallarının satılması, nəqliyyat vasitələrinin cari təmiri və s. bir-birinə yaxın olmayan fəaliyyət sahələrinə aid olub. Tenderlərin nəticəsi olaraq şirkətlə ümumi dəyəri 69 min 230 manat olan satınalma müqavilələri bağlanıb.

Aşağıdakı cədvəldə «Attex Tender» MMC-nin 2025-ci ildə qalibi olduğu tenderlərin siyahısı və imzalanmış müqavilələrin dəyəri göstərilib:

S/N

Satınalan təşkilatın adı

Satınalma predmeti

Təklifin qiyməti

1

Naxçivan MR Ədliyyə Nazirliyi

Fasadın işıqlandırılması üçün torpağa sancılan led lampaların satınalınması ( Aparat üzrə)

812 AZN

2

Energetika Nazirliyi

Radiatorların alınması

650 AZN

3

Naxçivan MR Dövlət Arxiv İdarəsi

Dəftərxana ləvazimatlarının alınması

819 AZN

4

Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi

Əkin materiallarının satınalınması

5 726 AZN

5

Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinati

Zibil konteyneri

11 360 AZN

6

Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi

Nəqliyyat vasitələrinin cari təmirinin satın alınması

1 580 AZN

7

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti

Məişət elektrik avadanlıqlarının satın alınması

5 297 AZN

8

Şabran Rayon Yaşilliq və Təmizlik İdarəsi

Məişət tullantılarının yığılması üçün zibil qablarının satın alınması

4 900 AZN

9

Azərbaycan Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasi

İnzibati-tədris binasının işıqlandırılması üçün mal-materialların satın alınması

2 402 AZN

10

Azərbaycan Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasi

Yeməkxana avadanlığının satın alınması

3 900 AZN

11

Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi

Əkin materiallarının satınalınması

5 001 AZN

12

İmişli Rayonu İcra Hakimiyyəti

Bayram tədbirləri ilə əlaqədar malların satınalınması

22 125 AZN

13

Gəncə Şəhər Dezinfeksiya Stansiyasi

Dezinfeksiyaedici malların satınalınması

3 087 AZN

14

"Mingəçevir Dövlət Universiteti" Publik Hüquqi Şəxsi

Hədiyyələrin satınalınması

1 569 AZN



Geri qayıt