Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni məhsulları Azərbaycana doğru yolda: YEYƏKMİ?
Erməni məhsulları Azərbaycana doğru yolda: YEYƏKMİ?7-02-2026, 08:52 |
|
“Ermənistan bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlayacaq”. Bunu Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan deyib. O bildirib ki, söhbət metal və ya folqadan, eləcə də Bakıda tələbat olan mümkün qida məhsullarından gedir: “Bu, bazar qanunlarına uyğun olaraq baş verəcək. Müəyyən mallara tələbat olarsa, ilk ixrac halları tezliklə ortaya çıxacaq. Konkret qərarlar hökumət tərəfindən verilmir, lakin mallarla bağlı qarşılıqlı maraqlar əsas götürülür”. Söhbət hansı qida məhsullarından gedə bilər? Onlardan rahatca istifadə eləmək olarmı? Yoxlamadan keçirilməlidirmi? İqtisadçı ekspertlər hesab edir ki, hansı məhsulların Azərbaycana göndərilməsi məsələsində Ermənistanın ixrac potensialına nəzər salmaq lazımdır. İlk mərhələdə riskli olmayan, uzunömürlü və logistika baxımından rahat məhsullar göndərilə bilər. Ermənistanın ixrac potensialı siyahısında süd məhsulları – pendir, kərə yağı, qurudulmuş meyvə, mürəbbə, kompot, şirə konsentratları, taxıl və un məmulatları – makaron, bəzi yarımfabrikatlar, şirniyyat və qənnadı məhsulları biskvit, konfet, şokolad, alkoqolsuz içkilər və mineral sular öndə gəlir. Ehtimal etmək olar ki, Ermənistan Azərbaycana bu məhsullardan göndərmək istəsin, təklif etsin. Tərəvəz konservləri, təzə ət, süd və tez xarab olan məhsulların ilk mərhələdə geniş həcmdə gəlməsi həm sanitar risklər, həm də ictimai həssaslıq səbəbilə az ehtimal olunur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycana idxal olunan hər bir qida məhsulu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sanitar, fitosanitar və baytarlıq sertifikatları ilə laborator analizlərdən keçirilməlidir və keçirilir. Bu, qanunun tələbidir. Musavat.com Geri qayıt |