Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan hətta Avrasiya İttifaqından da çıxa bilər
Ermənistan hətta Avrasiya İttifaqından da çıxa bilər7-02-2026, 03:57 |
Sergey Lavrovun “şimaldan Ermənistana təhdid” iddialarına təəccüblə yanaşması İrəvanın son dövrlər səsləndirdiyi ritorikanın nə qədər əsassız olduğunu göstərir. Moskva hesab edir ki, hibrid təhdidlər barədə açıqlamalar real təhlükədən çox siyasi bəhanə xarakteri daşıyır. Lavrovun sözlərinə görə, Avropa İttifaqı Ermənistanı davamlı şəkildə Rusiya ilə münasibətləri korlamağa sövq edir. Bu xətt isə İrəvanı regional sabitlikdən uzaqlaşdıraraq daha mürəkkəb vəziyyətə salır.Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə əlaqələri, buna baxmayaraq Avrasiya İqtisadi Birliyi ilə də iqtisadi əməkdaşlığı var. “Rusiya konkret olaraq mövqe ortaya qoymaq istəyir. Amma yaxşı bilir ki, artıq Ermənistan Qərbi yönümlü siyasət aparır və Rusiyadan uzaqlaşır. Bu səbəbdən də Rusiya Ermənistanı bir çox məsələlərdə ittiham edir. Amma düşünürəm ki, artıq Ermənistan Rusiyadan uzaqlaşır və uzaqlaşacaq. Ermənistanda Nikol Paşinyan seçkilərdə qalib gələcəksə, hətta Avrasiya İttifaqından da çıxa bilər. Rusiya da Ermənistana təzyiqləri neytrallaşdırır. İndi seçki ərəfəsi Nikol Paşinyan çalışır ki, Rusiya ilə münasibətləri korlanmasın. Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyadadır və görüşlər keçirilir. Bu görüşlərin də hər hansı bir faydası yoxdur. Rusiya təbii ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əleyhinədir”-deyə Məhəmməd Əsədullazadə qeyd edib. Politoloq hesab edir ki, bu gün Ermənistan uğrunda Rusiya və Avropa rəqabət aparır: “Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya rəqabəti aparır. Rusiyanın daha Ermənistanda ciddi təxribatlara əl atması da mümkün olmayacaq. Çünki erməni xalqı hökumətin yanındadır və bu proseslər nəzarət altındadır”. Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyanın bütün cəhdləri nəticəsiz qalacaq: “Rusiya daha çox Ukrayna müharibəsinə diqqət edir. ABŞ konkret olaraq Ermənistanın yanındadır. Proses bu istiqamətdə gedir”. Geri qayıt |