Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçısı baş memarı işdən çıxardı
İcra başçısı baş memarı işdən çıxardı6-02-2026, 16:10 |
|
Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) Baş memarı vəzifəsindən azad edilib. "DİA-AZ" iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, RİH-in Baş memarı Vüqar Hacıyev vəzifəsindən azad edilib. Hazırda bu vəzifə vakansiyaya çıxarılıb.
Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Geri qayıt |