Əsas Səhifə > Ana xəbər / Güney Press > Niyə öz gözümüzdəki tiri görmürük...
Niyə öz gözümüzdəki tiri görmürük...6-02-2026, 05:44 |
|
Bizim, fahişəliyi və pedofiliyanı qınamağımız, ona nifrət etməyimiz əlbəttə ki, doğrudur - belə də olmalıdır.
Bu məsələyə görə ABŞ-ı, demokratları, respublikaçıları, hətta demokratiyanı qınayanlar var, amma bir məsələyə diqqət yetirməyimiz lazımdır- Bakıda gəzərkən hər küncdə rast gəlinən "masaj salonları" və "sağlamlıq mərkəzləri"nə. Yoxsa doğrudanmı düşünürsünüz ki, orada azyaşlılar yoxdur və "iş stajı" əmək kitabçasına rəsmi şəkildə yazılır?
O "massaj salonları"nın hər birində balaca epşteynlər də var, fahişəliyə cəlbetmə də var, nə deyirsiniz var.
Fahişəliyin leqallaşdırılması siyasi müzakirələr predmetidir, amma fakt faktlığındadır ki, Azərbaycanda buna aid qeyri-qanuni, kriminal, nəhəng kölgə industriya mövcuddur.
Kamran Cəfərov - "DİA-AZ"
Geri qayıt |