Əsas Səhifə > Ana xəbər / Güney Press > Tikinti şirkəti əgər DƏLƏDUZDURSA...

Tikinti şirkəti əgər DƏLƏDUZDURSA...


4-02-2026, 06:22

"Tikinti şirkətinin dürüst olmasının yalnız bir meyarı var: sizə satdığı mənzilə mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını həyata keçirməyə hazır olması..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

 O daha sonra bildirir: "Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Yəni bütün sənədlər qaydasındadırsa, tikinti şirkəti bina tikilməmiş də sizə çıxarış (“kupça”) verə bilər. Vermirsə, deməli, ya sənədləri qaydasında deyil (tikinti pozuntularla icra olunur), ya da dələduzdur. Sonuncu halda bu o deməkdir ki, mənziliniz bir neçə şəxsə satıla bilər, yaxud artıq satılıb..."


Geri qayıt