Əsas Səhifə > Ana xəbər / Güney Press > Tanınmış bloggerdən qəribə şikayət: “Kasıblara kömək etməklə…”
Tanınmış bloggerdən qəribə şikayət: “Kasıblara kömək etməklə…”3-02-2026, 12:44 |
|
Tanınmış bloggerlərdən olan Pərvin Cəfərzadə qəribə vəziyyətlə üzləşib. Tribuna.az xəbər verir ki, qonşusu ondan şikayət edib. İşin qəribə tərəfi odur ki, qonşusu Pərvin Cəfərzadənin kasıb ailələrə yardımlar etməsindən şikayətçi olub. Məktubunda isə yazıb ki, bloggerin kasıb ailələrə yardım etməsi ölkəni nüfuzdan salırmış. Bu barədə açıqlama verən blogger bildirib ki, şikayət edən şəxs qonşusu və həmyaşıdır. Bununla bağlı izahat da verib. “Nelə illərdir kasıb uşaqların, ailələrin yardımına qaçdığıma, onları ac yatmağa qoymadığıma görə, qapı qonşum, həm də həmyaşıdım məndən şikayət edib. Yazıb ki, Pərvin kasıbları işıqlandırdığına görə ölkəni nüfuzdan salır. Gördüyüm işlərdə heç bir cinayət tərkibi olmadığına görə izahatımı verdim və hər şey yaxşıdır”. Cəfərzadə deyib ki, yardım işlərində ona hamı dəstək olur. “Polis də, həkim də, müəllim də, hər kəs dəstək verir. İstər Allah, istər Xalq, istərsə də dövlət qarşısında alnım açıq, üzüm ağdır. O ac yatan balaların ahı tutsun səni, necə ki, həyatın yarımçıqdır, daha da betər olsun. Mənə nə etsəniz edin, o yetim yesirlə işiniz olmasın!” Geri qayıt |