Əsas Səhifə > Ana xəbər / Güney Press > “Paşa Sığorta”dan şikayətlər artır
“Paşa Sığorta”dan şikayətlər artır3-02-2026, 10:05 |
|
“Paşa Sığorta” şirkətindən narazı olanların sayı durmadam artır. Tribuna.az xəbər verir ki, onlardan biri də nitq təlimçisi Cəlalə Nəzəroğludur. O bu barədə sosial şəbəkə səhifəsində yazıb. Bildirib ki, ötən ay baş verən sığorta hadisəsinə görə şirkət hələ də qiymətlənmə aparmayıb: “Yanvarın 19-u gecə avtomobilimi ilk dəfə saxladığım yerdə kimsə dəmir alətlə dərindən cızıq salıb. Səhər bunu aşkarladığım zaman lazımi yerlərə, o cümlədən “kasko” xidməti götürdüyüm “Paşa Sığorta”ya müraciət etmişəm. Gecikməyə aid özlərinin açıqlama verməməsi bir tərəfə, mənim zəng və mesajlarıma qətiyyən cavab verilmir. Hər gün dəfələrlə əlaqə saxlamaq istəsəm də, məlumat almaq mümkün olmur. Çağrı mərkəzinin nömrəsində bəzən 20 dəqiqə gözləyirəm, açmırlar. Bu yanaşma qəbuledilməzdir. Müştəri o məbləği sizə nə üçün ödəyir, bunu bilirsiniz?”. Problemlə bağlı “Paşa Sığorta” şirkətilə biz də əlaqə yaratmağa çalışdıq. Ancaq şirkətdən zənglərimizə cavan verən olmadı. Geri qayıt |