Əsas Səhifə > Ana xəbər / Güney Press > Metrodakı turniketlər ABB kartlarını niyə "bloklayır"?
Metrodakı turniketlər ABB kartlarını niyə "bloklayır"?3-02-2026, 06:50 |
|
ABB bank kartı ilə metro ödənişlərində yaranan texniki uyğunsuzluq vətəndaşın ictimai nəqliyyatdan istifadəsini faktiki olaraq mümkünsüz edib. Yenicag.az xəbər verir ki, metrodan istifadə etmək istəyən vətəndaş ciddi problemlə qarşılaşıb. Belə ki, bir neçə gün əvvəl vətəndaş Bakı Metropoliteninə giriş zamanı ABB bank kartı ilə ödəniş etməyə cəhd göstərib. Həmin anda kartda kifayət qədər vəsaitin olmadığı unudulub. Daha sonra karta vəsait əlavə edilsə də, sistem tərəfindən yarımçıq qalan ödəniş icra olunmayıb və balansdan heç bir məbləğ tutulmayıb.
Məsələ ilə bağlı ABB-yə müraciət edilsə də, bank əməkdaşları kartdakı məhdudiyyətin aradan qaldırılmasının onların səlahiyyətində olmadığını və problemin qarşı tərəfdən asılı olduğunu bildiriblər. Vətəndaş isə məsuliyyətin hansı qurumun üzərində olduğunu müəyyən edə bilmədiyini, qurumlar arasında koordinasiya çatışmazlığının insanlara əlavə problemlər yaratdığını qeyd edərək məsələnin qısa müddətdə həll olunmasını tələb edir. Geri qayıt |