Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəb və repetitorluq: rəqiblər, yoxsa tərəfdaşlar?
Məktəb və repetitorluq: rəqiblər, yoxsa tərəfdaşlar?3-02-2026, 06:42 |
|
Hər il ailələrdə eyni söhbət təkrar olunur: Cəmiyyətdə mütəmadi müzakirələr meydana çıxır: məktəb baza verir, repetitor isə nəticə. Bu fikirlərin hər biri müəyyən mənada doğrudur. Amma onlar səbəblərdən yox, nəticələrdən danışır. Üstəlik, artıq hətta özəl təhsil də əlçatan olmaqdan çıxır: Bakıda özəl məktəblərdə illik təhsil haqqı bir neçə min manatdan on minlərlə manata qədər dəyişir. Lakin yüksək qiymət də şagirdin materialı anlamasına və müstəqil düşünməsinə zəmanət vermir. Bu isə bir daha baş verənlərin sistemli xarakter daşıdığını göstərir. Əsas problem sadədir: məktəb bilik öyrədir, amma bugünkü dünya bu bilikləri tətbiq etmək bacarığı tələb edir. Nəticədə repetitor məktəbi “daha dərindən” öyrətdiyinə görə əvəz etmir, daha məqsədyönlü olduğuna görə əvəz edir. Bunu dəyişmək mümkündürmü? Mümkündür. Bir sıra Avropa ölkələrində məktəb təhsili sistemlərinin təhlili rəqabətdən çəkinməyən məktəbin necə görünə biləcəyini göstərir. Bu gün internet və Google sayəsində bir çox şeyi əzbərləməyə və yadda saxlamağa ehtiyac yoxdur. Məlumatı soruşmaq və dərhal almaq mümkündür. İnternet artıq yaddaşı əvəz edir, amma beyni əvəz etmir. Formulu bir saniyəyə tapmaq olar, amma onunla nə etmək lazım olduğunu anlamaq – artıq başqa fəndir və bu fənn hələlik dərs cədvəlində yer almır. Biz demirik ki, məktəbdə qanunları və formulları öyrənmək lazım deyil. Lazımdır. Amma onları daha qısa izah etmək, sonra isə konkret nümunələr üzərində dəqiqləşdirmək olar. Aşağıda təqdim olunanlar nə xəyaldır, nə də “hesabat xatirinə” aparılan eksperiment. Bunlar real tədris modelləridir. 1) Tarix – əzbərləmə ilə yox, araşdırma ilə Necə olmalıdır: şagird bir tarixi hadisə seçir, səbəbləri və nəticələri araşdırır, nəticələrini sinifdə təqdim edir. Finlandiyada belə yanaşma tətbiq olunur – və nədənsə işləyir... 2) Cəbr – həyat üçün alət kimi Bu nə verir: şagird qəflətən başa düşür ki, tapşırıqdakı “hiyləgər X” dərslikdəki canavar yox, tamamilə real gəlir və ya xərclərdir. 3) İmtahanda – fikir olmalıdır, təxmin etmək yox Bu nə verir: məntiq, arqumentasiya, fikri ifadə etmək bacarığı qiymətləndirilir. 4) Kimya və fizika – bir “düz cavab” yox, müxtəlif həll yolları Bu nə verir: biri kömürdən istifadə edir, digəri qumdan – və əgər mexanizmi anlayırlarsa hər ikisi haqlıdır,. Bu da məhz mühəndis təfəkkürüdür. 5) Repetitora alternativ – məktəbdə layihə əsaslı mini-qruplar Bu, daha ucuzdur, daha əlçatandır və fərdi öyrədilməsi mümkün olmayan bacarıqları formalaşdırır. Amma bir mühüm həqiqət var. Məktəbi yox, ali məktəblərə qəbul qaydalarını dəyişirik Baza imtahanı – hamı üçün (indiki kimi, amma bir qədər sadə). Təhsilə çıxış ədalətli qalsın deyə, əsas imtahan belə olmalıdır: Bu – həddir. Qapıdır. Şansdır. Amma tibbə, süni intellektə, pedaqogikaya, beynəlxalq münasibətlərə və digər tələbatlı ixtisaslara müsabiqə yaranarsa – əlavə seçim mərhələsi işə düşür: Və ən maraqlı məqam burada başlayır. Bu sistemdə repetitor haradadır? O artıq şagirdi sadəcə imtahana “sürüyüb aparmaq”la kifayətlənə bilməyəcək. Məktəblər isə rəqabətdə uduzmamaq üçün layihə tapşırıqlarını özləri tətbiq etməyə başlayacaqlar. Çünki əks halda məzunlar artıq universitetə qəbul mərhələsində uduzacaqlar. Şagirdlər əzbərləməyi dayandıracaq. Anlamağa başlayacaqlar. Amma məktəb həqiqətən də əzbərləməni yox, anlamanı öyrətsə belə, başqa sual yaranır: məzunu universitetdə nə gözləyir? Biz son illər ali təhsildə “irəliləyiş” haqqında tez-tez eşidirik, amma bu “irəliləyiş” nə beynəlxalq reytinqlərdə, nə də elmi nəşrlərdə görünmür. Belə mühitdə düşünmək motivasiyası tez sönür. Ona görə də məktəbdə və qəbul qaydalarında dəyişiklik yalnız o halda məna kəsb edir ki, universitet bu məntiqin davamına çevrilsin – imitasiyanın növbəti mərhələsi deyil, azadlıq, məsuliyyət və real intellektual inkişaf məkanı olsun. Məktəb təhsilində dəyişikliklərə sabahdan başlamaq olar Biz sistemi dağıtmağa borclu deyilik – onu yenidən tənzimləmək mümkündür: Dünya artıq çoxdan paraqrafı danışmaq bacarığına görə pul ödəmir. Belə məktəb repetitorlarla mübarizə aparmayacaq. Onların bəziləri yenə də lazım olacaq. Fuad Rəsulov - Pressklub.az Geri qayıt |