Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda “yaşıl” dedikləri valyutanın “qara günləri”
Azərbaycanda “yaşıl” dedikləri valyutanın “qara günləri”30-01-2026, 08:09 |
Dolların zəifləməsi proses uzunmüddətli xarakter alarsa, ölkəmizə zərərləri...Amerika valyutası sürətlə ucuzlaşır və bütün əsas valyutalara nisbətdə dəyər itirir. İnvestorlar tələsik şəkildə “təhlükəsiz limanlara” üz tutur. Bəs bu böhranın nəticələri Azərbaycana necə təsir edə bilər? Bu isə investorları və xarici mərkəzi bankları ABŞ valyutasının təsir dairəsindən çıxmağa sövq edir. Təhlükə ondadır ki, proses “bifurkasiya nöqtəsinə” yaxınlaşa bilər – bu nöqtədən sonra kəskin və nəzarətsiz eniş başlaya, qısa müddətdə qlobal iqtisadiyyata dağıdıcı zərbə vura və uzunmüddətli nəticələri proqnozlaşdırıla bilməyən risklər yarada bilər. Alman nəşrinə görə, Tramp üçün zəif dollar sərfəlidir, çünki bu, ABŞ ixracatçılarına dünya bazarında üstünlük verir. Tramp administrasiyası zəif dolları açıq şəkildə üstün tutur və mütəmadi olaraq “yaşıl banknota” olan etimadı sarsıdır. “İvestorları narahat edən təkcə Trampın açıqlamaları deyil. Ticarət və geosiyasi qeyri-müəyyənlik, ABŞ-nin getdikcə etibarsız tərəfdaş kimi görünməsi dolları zəiflədir” deyə, nəşr yazır. Ekspertlərin fikrincə, təsirlər əsasən valyuta bazarı, neft gəlirləri və idxal-ixrac balansı üzərindən hiss olunacaq. Maliyyə bazarları baxımından dollar aktivlərinin gəlirliliyinin azalması Azərbaycan investorlarını alternativ alətlərə - qızıl, avro və digər valyutalara yönəldə bilər. Bu da əmanət və investisiya davranışlarında dəyişikliklər yarada bilər. Geri qayıt |