Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu broker şirkətinə yeni direktor TƏYİN EDİLDİ

Bu broker şirkətinə yeni direktor TƏYİN EDİLDİ


27-01-2026, 14:26

Azərbaycanda fəaliyyət göstərən “Liman Broker” şirkətinə yeni direktor təyin edilib.

"DİA-AZ" xəbər verir ki, şirkət rəhbərliyinin müvafiq qərarına əsasən bu vəzifəyə Xəlil Abbasov təyin edilib.

Qeyd edək ki, CII (Chartered Insurance Institute) sertifikatına malik olan Xəlil Abbasov əvvəllər ölkədə fəaliyyət göstərən bir neçə sığorta şirkətində çalışıb.

Xatırladaq ki, "Liman Sığorta və Təkrarsığorta Brokeri" 2022-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankının SB-009 lisenziyası əsasında fəaliyyət göstərir və Azərbaycan Sığortaçılar Assosasiyası üzvlüyünə qəbul edilib. Broker şirkəti ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən sığorta layihələrində yaxından iştirak edir.


Geri qayıt