Əsas Səhifə > Ana xəbər / Güney Press > Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib


24-01-2026, 06:21

ABŞ prezidenti Donald Tramp sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür edib.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında paylaşım edib.

“Keçən ilin avqust ayında imzaladığımız sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm. Bu, xoşagəlməz bir müharibə idi və mənim başa vurduğum 8 müharibədən biri idi. Amma indi bizim rifah və sülhümüz var”, - Tramp bildirib.


Geri qayıt