Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi
Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi23-01-2026, 11:12 |
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib. "DİA-AZ"ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib. 2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Geri qayıt |