Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif edilib

Azərbaycanda İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif edilib


23-01-2026, 09:40

Azərbaycanda İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif edilib.

Bu təkliflə İqtisadiyyat.az-a geniş müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib.

O, bu təklifi qlobal inflyasiya, geosiyasi gərginliklər və ticarət müharibələrinin Azərbaycanın iqtisadiyyatına hansı riskləri yarada biləcəyi ilə bağlı sualı cavablandırarkən səsləndirib.

“Əsas risklər idxal qiymətlərinin artması və inflyasiya təzyiqinin yaranması, bazarlara çıxış imkanlarının məhdudlaşdırılması və tədarük zəncirinin qırılması, logistika xərclərinin artması və maliyyə bazarlarında sərtləşmə ilə bağlıdır. Lakin Azərbaycanın üstünlüyü ondadır ki, bu risklər qabaqcadan nəzərə alınır və preventiv tədbirlər həyata keçirilir. Ümumiyyətlə, milli iqtisadiyyatımız üçün bu riskləri nəzərə alaraq İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanmasını təklif edirik. 2026-cı ilin büdcə zərfinin təqdimatı zamanı bu təklifi Milli Məclisin plenar iclasında səsləndirmişdik”, - Komitə sədri əlavə edib.

Qeyd edək ki, müsahibənin geniş variantı ilə bu linkdən tanış olmaq mümkündür.


Geri qayıt