Əsas Səhifə > Ana xəbər / Güney Press > Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır21-01-2026, 14:46 |
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Musavat.com-a daxil olan məlumata görə hərracdan satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür. Vidadi Zeynalov 2015-ci ilin noyabr ayında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub. İttihamda Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi. O, Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham olunub. 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib. 2019-cu ildə Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalov azadlığa buraxılıb. Məhkəmə istintaqı dövründə Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi. Həmin əmlakların tam siyahısını təqdim edirik: 1 Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 14 milyon 445 min 2 Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min 3 Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38- (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 125 min 4 Nobel prosepekti, məhəllə 1212, ev 15, mənzil 260- (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 500 min 5 Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 148 min 6 Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 128 min 7 Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 157 min 8 Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 138 min 9 Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 120 min 10 Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 60 min 11 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 2 milyon 45 min 12 Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 110 min 13 Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) - dəyəri 620 min 14 Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 135 min 400 manat 15 Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi - dəyəri 1 milyon 500 min 17 İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 92 min 18 Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 349 min 19 Səbail rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 51 min 20 Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 82 min 21 Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min 22 Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5,6, 6A, 7, 8 və ümumi sahələri 43,6 kv m, 61 kv m olan məzillər, (Zeynallı Pərviz Vidadi oğlu) 23 Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 900 min 24 Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 215 min 25 Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 310 min 26 Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri baxılmayıb 27 Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 1 milyon 100 min 28 Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 52 min 29 Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 100 min 30 Nəsimi rayonu, Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 550 min manat 32 Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 510 min 33 Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 400 min 34 Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - 3 min 36 Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 95 min 37 Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 344 min İstintaq dövründə Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi də məlum olmuşdu. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərinə də həbs qoyulmuşdu. 38 Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTN-in b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu - dəyəri 95 min 47 Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 34 min 600 manat 55 İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 18 min 876 manat 64 Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 21 min 877 manat Geri qayıt |