Əsas Səhifə > Ana xəbər / Güney Press > Dəmir yolları platformalarında təhlükəli vəziyyət
Dəmir yolları platformalarında təhlükəli vəziyyət21-01-2026, 10:41 |
|
Azərbaycan Dəmir Yolları stansiyalarının plarformalarında acınacaqlı və təhlükəli vəziyyət yaranıb. Tribuna.az xəbər verir ki, dünəndən başlayan qar və şaxtalı hava səbəbindən stanasyalarda platformaların yeri sürüşkən vəziyyət alıb. Mərmərdən olan döşəmələrdə nəinki gəzmək, sabit dayanmaq da müşkül məsələyə çevrilib. Səhər saatlarından platformalar qar və buzdan təmizlənməyib, sərnişinlərin sürüşməməsi üçün hansısa tədbir görülməyib. Bu cür vəziyyətdə sərnişinlər yıxıla, ciddi xəsarət ala, hətta qatar yoluna düşə bilərlər. Görünür, ADY rəhbərliyi belə təhlükəni nəzərə almayıb ya da platformalarla maraqlanmaq yadlarına da düşməyib. Geri qayıt |