Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı-Vaşinqton münasibətlərini POZMAQ CƏHDİ
Bakı-Vaşinqton münasibətlərini POZMAQ CƏHDİ20-01-2026, 12:04 |
|
Xəbər verdiyimiz kimi, amerikalı konqresmen, anti-Azərbaycan mövqeyi ilə seçilən Frenk Pallone X sosial şəbəkəsində Azərbaycanın dörd erməni məhkumu Ermənistana təhvil verməsinə qərəzli münasibət bildirib. Pallone Azərbaycana qarşı dövləti cinayətləri məhkəmə vasitəsilə sübut edilən məhkumların “əsirlikdə saxlanıldığını”, onların vətənə qayıtmasından guya məmnunluğunu ifadə edib. O, guya hələ də “əsirlikdə saxlanılan” şəxslərin olduğunu deyib, Dövlət Departamentini onların azad edilməsi üçün səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Pallone ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvüdür və Demokratlar Partiyasını təmsil edir. O, uzun illərdir Nyu-Cersi ştatından konqresmen kimi fəaliyyət göstərir. Bəllidir ki, Pallone ABŞ Konqresində ermənipərəst mövqeyi ilə tanınır. O, Ermənistan və erməni lobbisi ilə sıx əlaqələri olan siyasətçilərdən biridir, mütəmadi olaraq Qarabağ mövzusunda anti-Azərbaycan bəyanatlarla çıxış edir və ABŞ hökumətini bu istiqamətdə daha sərt addımlar atmağa çağırır. Aydın görünür ki, Frank Pallonenin “erməni məhbusların azad edilməsi” ilə bağlı son açıqlaması humanitar çağırışdan daha çox siyasi və geosiyasi hədəflər daşıyır. Pallone Dövlət Departamentini “daha fəal işləməyə” səsləməklə Azərbaycanla münasibətdə insan haqları mövzusunu yenidən gündəmə gətirməyə cəhd edib. Bu da Bakı üzərində diplomatik təzyiq mexanizmlərini gücləndirmək kimi qiymətləndirilir. Lakin bu cəhdlər səmərəsizdir. Elə diplomatlar səviyyəsində danışıqlar bunu təsdiqləyir. Belə ki, 19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib. 8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb. Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb. Ç. Qənizadə hesab edir ki, Bakı-Vaşinqton əlaqələrinə zərbə vurmaq mümkün deyil, Bayramovla Rubio arasında danışıqlar da münasibətlərin inkişafda olduğunu göstərir: "Pallone kimi konqresmenlərin isə fəaliyyəti araşdırılmalıdır. Necə ki həyat yoldaşı erməni olan keçmiş konqresmen Menendez də erməniləri möhkəm müdafiə edirdi, sonra korrupsiya əməlləri üzə çıxdı, həbs olundu. Əminəm ki, Pallonenin fəaliyyəti araşdırılmağa başlansa, onun rüşvət aldığı məlum olacaq". Geri qayıt |