Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan, Gürcüstan və Ermənistan müqayisəsi: rəqəmlər, ödənişlər, risklər və sosial şəbəkə mifləri

Azərbaycan, Gürcüstan və Ermənistan müqayisəsi: rəqəmlər, ödənişlər, risklər və sosial şəbəkə mifləri


20-01-2026, 06:34

Pensiya – demək olar, fəlsəfi mövzudur. Xüsusən də, kimsə kalkulyatoru və dolların son məzənnəsini əsas götürərək sosial şəbəkələrdə ilhamla “Baxın, onlarda pensiyalar bizdən yüksəkdir!” deyə bəyan edəndə.
Nominal göstəricilərə əsaslansaq, 2025-ci ildə orta pensiya məbləği baxımından məhz Azərbaycan öndədir. Ancaq məbləğin sadəcə dollara çevrilməsi tam mənzərəni ortaya qoymur. Burada yaşayış xərcləri, ödənişlərin strukturu və real alıcılıq qabiliyyəti həlledici rol oynayır.

“Orta pensiya” və ya “orta əməkhaqqı” anlayışı da çox vaxt yanlış başa düşülür. Bu, ən aşağı və ən yüksək göstəricinin üst-üstə gələrək ikiyə bölünməsi demək deyil. İqtisadiyyatda orta göstərici fərqli üsulla hesablanır: bu və ya digər məbləği neçə nəfərin aldığı nəzərə alınır. Buna görə də, yekun rəqəmə təkcə ödənişlərin həcmi yox, həm də həmin rəqəmlərin arxasında dayanan insanların sayı – başqa sözlə, onların “çəki”si təsir edir.

Yəni, rəqəmlər müqayisə olunur, valyuta sayılır və nəticədə belə çıxır ki, Gürcüstan və Ermənistanda “demək olar eynidir, sadəcə bir qədər aşağıdır”. Deməli, yerə-göyə sığmayan qısqanclıq da əsassızdır. Amma gəlin sakit və təbliğat aparmadan baxaq: əslində sistem necə işləyir?

Nə qədər alırlar: qısa və faktlarla

Bəli, nominal göstəricilərə görə Azərbaycan öndədir. Amma rəqəmlər hər şey demək deyil.

Yığım: 25 faiz 6 faizə qarşı – nəticə çıxarmağa tələsməyin

Azərbaycan

Pensiya yığımı kifayət qədər yüksəkdir – əməkhaqqının 25 faizi:

Müqayisə üçün qeyd edək ki, Avropanın bir çox ölkəsində bu göstərici təxminən 18 faizdir (9% + 9%).

Gürcüstan

Burada model prinsipial olaraq fərqlidir:

Yığım sisteminə: 2 faiz işçi, 2 faiz işəgötürən, 2 faizə qədər isə dövlət ayırır. Beləliklə, ümumi yük təxminən 6 faiz təşkil edir.

Ermənistan

Sistem daha mürəkkəbdir və məhz bu səbəbdən tez-tez qarışıqlıq yaranır. Burada:

Yığım sistemi isə belədir:

Gürcüstandakı kimi universal baza pensiyası Ermənistanda mövcud deyil.

Azərbaycanla bağlı mühüm dəqiqləşdirmə

Azərbaycanda iki mexanizm var:

Əgər şəxs pensiya yaşına çatıbsa və kifayət qədər pensiya kapitalı toplayıbsa və ya minimum stajı (təxminən 25 il) varsa, ona əmək pensiyası təyin olunur.

Əgər bu şərtlər ödənilmirsə, digər gəlirləri olmadığı halda, hazırda təxminən 220 manat məbləğində sosial müavinət verilir.

Yəni:

Beləliklə, heç bir yaşlı insan tamamilə dəstəksiz qalmır, sadəcə olaraq ödənişin adı və məbləği fərqli olur.

“Könüllü” anlayışının gizli tərəfi

Əsas fərqlər

Tez-tez verilən suallara cavablar

Sual 1: “Necə olur ki, Gürcüstan zəngin ölkə deyil, amma hamıya baza pensiyası verir?”
Çünki bu, səxavət nümunəsi deyil – məbləğ kiçikdir və faktiki olaraq yoxsulluqdan sığorta rolunu oynayır. Bunun əks tərəfi isə büdcəyə düşən əlavə yük və sistemin böhranlara qarşı həssas olmasıdır. Unutmayaq ki, hər hansı pensiya sisteminin etibarlılığı vəd olunan məbləğin böyüklüyü ilə deyil, ödənişlərin sabitliyi ilə ölçülür.

Sual 2: “Bəs niyə bizdə də hamı üçün baza pensiyası tətbiq edilə bilməz?”
Nəzəri baxımdan mümkündür. Lakin əhalinin sayındakı fərqi də nəzərə almaq lazımdır. Bundan başqa, belə sistem baha başa gəlir və neft qiymətlərindən ciddi şəkildə asılı olur. Hazırda Azərbaycanda qarışıq model mövcuddur: yığım mexanizmi ilə yanaşı, büdcənin çevik dəstəyi tətbiq edilir ki, bu da uzunmüddətli riskləri azaldır.

Sual 3: “Yəni mənim yığımlarımız o qədər də vacib deyil?”
Vacibdir, sadəcə rolu dəyişir:

Modellərin üstün və zəif cəhətləri

Azərbaycan

+ nominal baxımdan daha yüksək pensiyalar

+ büdcə tərəfindən çevik dəstək
− staj və yığımlardan yüksək asılılıq

Gürcüstan

+ hamı üçün təmin edilmiş minimum
− xüsusilə böhran dövrlərində büdcəyə böyük yük

Ermənistan

+ rəsmi məşğulluğu stimullaşdırır
− hüquqların əmək stajından ciddi asılılığı

Niyə sosial şəbəkələrdə mənzərə tamam fərqli görünür?

Çünki orada çox vaxt:

Final

Pensiya təkcə rəqəm deyil, həm də təhlükəsizlik hissisistemə etimad deməkdir:

Qonşuda nə “daha yaxşıdır”, nə də “daha pis” – sadəcə başqa cürdür.
Əsas sual dollarla yazılan rəqəm deyil, pensiyanın real xərcləri ödəməyə yetib-yetməməsi və sistemin sürprizsiz, sabit şəkildə işləyib-işləməməsidir.

Sonda kiçik arayış

Sosial şəbəkələrdə yenidən “ölkələr üzrə orta əməkhaqları” cədvəlləri dolaşır – adətən dollarla və heç bir izah olmadan. Onlar bəyənmələr toplayır və sensasiya effekti yaradır.
Rəsmi statistikaya baxdıqda isə mənzərə daha sakitdir.

Azərbaycanda orta nominal əməkhaqqı 950–1000 manat civarındadır. Burada bir məqama diqqət yetirmək vacibdir: maaşlar da, pensiyalar da manatla ödənilir, dollarla yox. Valyutaya çevirəndə gəlirlər avtomatik olaraq məzənnəyə bağlanır və reallıq təhrif edilir.

Müqayisə üçün:

Dollar ifadəsində bu məbləğlər məzənnədən və aydan asılı olaraq “oynayır”. Bəli, beynəlxalq müqayisələr üçün ABŞ dolları standartdır və mexaniki çevirmə zamanı Azərbaycan üçüncü, Gürcüstan isə birinci görünə bilər. Amma real həyatda insanlar pulu milli valyutada alır və xərcləyirlər.

Orta əməkhaqqı “orta insan” demək deyil. Bu göstərici iqtisadiyyatın strukturunu əks etdirir. Onu nadir yüksək gəlirlər deyil, kütləvi peşələr – tikinti işçiləri, sürücülər, ticarət və xidmət sahəsində çalışanlar formalaşdırır.

Yaxşı nümunə Bakıdır. Şəhərin təmizliyini maşınlar deyil, minlərlə insan təmin edir. Nəzəri olaraq onların böyük hissəsini ixtisar edib texnika ilə əvəz etmək olar: statistika “yaxşılaşar”, orta əməkhaqqı bir qədər artar, çünki minimum maaş alanların sayı azalır. Amma bununla yanaşı işsizlik də yüksələr. Və çətin sual yaranar: siz nəyi seçərdiniz – ixtisarlar hesabına statistikanın yaxşılaşmasını, yoxsa iş yerlərinin qorunmasını və “parlaq olmayan” orta göstəriciləri?

İqtisadiyyat nadir hallarda nəticəsiz, “gözəl” həllər təqdim edir – həmişə nəyisə qurban verməli olursan.
Orta əməkhaqqı sadəcə yekunu qeydə alır və bu yekunun kimə xeyir verdiyi sualına cavab vermir. Buna görə də burada ayrı-ayrı insanların rifahından yox, seçilmiş iqtisadi modeldən danışmaq lazımdır. Sosial şəbəkə cədvəllərinə kor-koranə inanmaq isə ölkə haqqında xəstəxana üzrə “orta temperatur”a baxaraq hökm verməyə bənzəyir: rəqəm birdir, amma insanların problemləri fərqlidir.

Fuad Rəsulov - Pressklub.az


Geri qayıt