Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampın İRAN PLANI: Parçalanmır... yeni lider...

Trampın İRAN PLANI: Parçalanmır... yeni lider...


18-01-2026, 06:48

İranda baş verən hadisələr fonunda Güney Azərbaycan Respublikasının qurulacağı və yaxud da sözügedən ərazidəki soydaşlarımızın bir başqa şərtlər altında azadlığa çıxacağı ehtimalları gəl-gedə azalır. "DİA-AZ" xəbər verir ki, bu fikirlər ABŞ prezidentinin İran planları barədə qənaət yürüdən ekspertlərə də hakim kəsilmiş kimi görünür.

Məsələn, siyasi ekspert Asif Nərimanlı özünün sosial şəbəkə hesabında belə yazır:

"Tramp “Xameneinin ölkəsini məhv etdiyini bəyan edib” və bəyan edib ki, “İranda yeni lider axtarmağın vaxtıdır”. Xamenei isə bütün baş verənlərə görə Trampı günahlandırıb.

Ritorik qarşıdurmanın arxa planında müəyyən razılaşmalar, yaxud vədlərin olması ehtimalı zəif deyil. Trampın etirazçılara “kömək yoldadır” deməsinə baxmayaraq, İrana hərbi müdaxilə ssenarisini təxirə salmasının səbəbləri arasında (digər səbəblər də var) bu amil də istisna edilməməlidir. Trampın “yeni lider” mesajı da bu kontekstdə diqqət çəkir. Mümkündür ki, söhbət post-Xameneyi dövrünə hazırlıqdan gedir (bu haqda daha geniş yazmağa çalışacam). Bölgədə təsir imkanlarını itirən İran rejiminin ölkə daxilində də dayaqları zəifləyir, son etirazlar bunun əyani nümunəsi idi və ciddi islahatlar – dəyişikliklər olmasa, aksiyaların yenidən təkrarlanacağı gözləntisi böyükdür..."

Geri qayıt