Əsas Səhifə > Ana xəbər / Güney Press > “Best Beef” kolbasalarında zərərli maddələr: Bizə nə yedirirlər?
“Best Beef” kolbasalarında zərərli maddələr: Bizə nə yedirirlər?14-01-2026, 12:59 |
|
Son illər bazarda “keyfiyyətli”, “ət məhsulu” adı altında satılan kolbasaların tərkibi ciddi suallar doğurur. “Best Beef” müəssisəsinə məxsus servelat kolbasasının üzərində göstərilən məlumatlar da bu məhsulun tam təbii olmadığını açıq şəkildə ortaya qoyur. Tribuna.az xəbər verir ki, etiketdə göstərilən tərkibə əsasən məhsulda ən az 3 zərərli qida əlavəsindən istifadı edilib. Onlardan biri də Bu maddə məhsulun həcmini artırmaq və su tutumunu yüksəltmək üçün istifadə olunur. Bu qida əlavəsi kalsiumun orqanizmdən çıxmasına səbəb ola bilir, Uşaqlar və yaşlılar üçün tövsiyə edilmir.
Nisbətən təhlükəsiz hesab olunsa da, emal olunmuş ət məhsullarında istifadəsi məhsulun təbii olmadığını göstərir. E627 – Dinatrium guanilat (dad və iy gücləndiricisi) isə kolbasaya süni dad vermək məqsədi ilə istifadə olunur. Bu qida əlavəsi sinir sisteminə təsir göstərə bilir, baş ağrısı, ürəkbulanma yarada bilir. Allergik reaksiyalara səbəb ola bilir. Bu maddə uşaqlar üçün xüsusilə zərərlidir. Məhsulun etiket məlumatları açıq şəkildə göstərir ki, “Best Beef” servelat kolbasasının tərkibi tam təbii deyil. Məhsulda dad artırıcılar, struktur formalaşdıran və həcmi süni şəkildə çoxaldan qida əlavələri mövcuddur. Mütəxəssislər məsləhət görür ki, istehlakçılar kolbasa və digər emal olunmuş ət məhsullarını seçərkən etiket məlumatlarına xüsusilə diqqət etməli, “ət məhsulu” adı altında satılan hər məhsulu təbii hesab etməməlidirlər. Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi apardığı yoxlama zamanı “Best Beef” müəssisəsinə məxsus “Ocaq” kolbsalarında etiket və tərkibdə uyğunsuzluq aşkarlamış, buna görə müəssisə cərimələnmiş, məhsul sarışdan çıxarılmışdı. Geri qayıt |