|
"Azəriqaz İstehsalat Birliyinin əməkdaşları ölkə üzrə qaz təchizatının fasiləsiz təmin olunması üçün məsuliyyətlə fəaliyət göstərir və bu əmək təqdirəlayiqdir..." "DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun işçisi Rüfət Hüseynov AzəriQaz İB-nin direktoru Azər Məmmədova ünvanladığı müraciətində deyir. Müraciətdə daha sonra deyilir: "Bununla yanaşı, əməkhaqlarının vaxtında ödənilməməsi əməkdaşların sosial vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Bu hal haqlı narahatlıq yaradır. Və Əməkhaqları gecikdirildiyi üçün əməkdaşlar SOCAR Rəhbəri Rövşən Nəcəfdən borc istəməyə məcbur edilməlidirmi? Qeyd edirəm ki, əməkhaqqının vaxtında və tam ödənilməsi işəgötürənin qanun qarşısında öhdəliyidir. Xahiş edirəm, mövcud gecikmələr aradan qaldırılsın və ödənişlər qanunvericiliyə uyğun şəkildə təmin edilsin..."
"DİA-AZ" qeyd edir ki, bu müraciətə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında münasibət bildirib. NHMT sədri bildirib:
"Bu halda cənab Baş direktor təbəssümlə bu maddələrin tələbini yerinə yetirməlidir!! Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172. 5-ci maddəsi: Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə onun əmək haqqnln azı bir faizi məbləğində ödənc verilməlidir. ✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsi: İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir..."
Geri qayıt
|