Əsas Səhifə > Ana xəbər / Güney Press > Pəhləvini elə "Traktor" ƏZƏCƏK
Pəhləvini elə "Traktor" ƏZƏCƏK11-01-2026, 07:00 |
|
Ölkənin çətin günündə quyruğunu qısaraq xaricə qaçan İran Şahının “əlverişli aparat” kimi ABŞ-a sığınan və kürəkəninə görə İsrailə sığınan oğlu Pəhləvinin adamları, Güney Azərbaycanlılar haqqında qaralama kampaniyası aparırlar. Təbriz başda olmaqla, ölkə boyu türklərdən yetərli dəstək görməyən Pəhləvi və adamları “Traktor” tərəfdarlarına iftira ataraq, onları rejimin provokatorları adlandırmaq hədsizliyində bulunurlar. “Traktor” tərəfdarlarının milli kimlik və müstəqillik savaşı verdiyi uzun onilliklər ərzində, Amerikanın sosyetik mühitlərində boy göstərib kef çəkən Pəhləvi ailəsindən fərqli olaraq, yüzlərlə, minlərlə Güney Azərbaycanlı edam kürsüsündə ölümü gülərək salamlayırdı! Molla rejiminin 47 illik hakimiyyəti dövründə Şah ailəsinin İran üçün gördüyü yeganə fəaliyyət, ildə bir dəfə Novruz bayramından sonra “Amerikanın Səsi” radiosunun farsca yayımına qatılaraq yeni il təbriki çatdırmaq olub. Pəhləvi ailəsində həyatını erkən itirən bütün övladlar (yüksək dozada narkotik qəbulu və ya narkotiklə intihar kimi) tamamilə şəxsi problemlərin qurbanı olmuşdular. Öz ölkəsinə, soydaşlarına və vətəndaşlarına belə “Amerikanın Səsi” vasitəsilə müraciət edən bir şəxsin, 47 il boyunca edam kürsülərindən İranın müstəqillik səsini duyuranlara dil uzatmağa nə mənəvi, nə də hüquqi haqqı var. “Traktor” tərəfdarlarına və Güney Azərbaycana gəlincə: İranda Molla rejiminə və SEPAH-a rəğmən xalqın səsini, millətin azadlıq arzusunu ortaya qoyan milli azadlıq hərəkatıdır futbol meydanlarından yüksələn o səs! Əsrlər boyu bölgənin hakimi olan türk idarəçiliyinin kütlələrə sirayət edən və qorxmaz şəkildə toplumsal hərəkatın atəşini alovlandıran müstəqillik ruhudur o səs. Təbrizdən, Ərdəbildən, Urmiyadan yüksələrək Tehran küçələrində yüz minlərlə insanı “Bakı, Təbriz, Ankara!” hayqırışlarına ortaq edən davanın özüdür o səs! Dünyanın dörd bir tərəfində özünə sevgi və qarşılıq tapan milyonlarla soydaşın səsi ilə çox güclüdür o səs! Aygün Attar - "DİA-AZ" Geri qayıt |