Əsas Səhifə > Ana xəbər / Güney Press > Reablitasiya mərkəzindən qaçmış Nəsimi Nəbizadə ortaya çıxdı

Reablitasiya mərkəzindən qaçmış Nəsimi Nəbizadə ortaya çıxdı


11-01-2026, 06:32

"Qurtuluş" reabilitasiya mərkəzindən qaçmış tanınmış jurnalist Nəsimi Nəbizadə ictimaiyyət arasına çıxmağa başlayıb.

"Cebheinfo.az"-ın məlumatına görə, Nəsimi Nəbizadə yanvarın 10-da təxminən saat 18:00 radələrində Abşeron rayonu Saray qəsəbəsindəki Məhəmməd Əsədov küçəsində yerləşən "Araz" marketə gəlib. Nəsimi Nəbizadə marketdən alış-veriş edib.

Bu zaman o, tək olmayıb və yanında bir nəfər də olub. Marketdə onu görən və bu barədə "Cebheinfo.az"-a məlumat verən şəxslər Nəsimi Nəbizadənin adi vəziyyətdə olduğunu, hər hansı narkotik qəbul etmiş insan təsiri bağışlamadığını bildiriblər.

Xatırladaq ki, Nəsimi Nəbizadə yanvarın 8-dək "Qurtuluş" reabilitasiya mərkəzində narkotik asılılığından müalicə olunub. Tanınmış jurnalistin Saray qəsəbəsində əvvəllər yaşadığı evə getdiyi məlum olub.


Geri qayıt