|
 Dilimizin qorunması məsələsini müzakirə edirlər... Olsun... Amma əvvəlcə müəyyən edək HANSI DİLİN? Yəni dilin adı nədir? Sonra bu dili nədən qoruyuruq? Əcnəbi dil basqısından, yoxsa, elmi-texniki tərəqqinin yaratdığl zərurətdən doğan dil genişlənməsindən... Bunlar müəyyən olunmadan, nə danışılırsa, nağıldır... Növbəti... NÖVBƏTÇİ (DEJURNI) çıxış-tədbirləridir... Prezident deyib deyə... deyirlər... Sonra yaddan çıxacaq... Çünki onları bu məsələ ümumiyyətlə, qayğılandırmır... Sadəcə işlərinin yox, vəzifələrinin adı budur deyə, buna görə maaş alırlar deyə və bu barədə Prezident danışdı deyə... indi ortalıqdadırlar... Sabah başqa şeydən danışacağıq... Məsələn, küçələrimizdə hələ də yaşadılan sovet adlarından... yəqin bu barədə də növbəti dəfə danışıq-təlimat gələr... Ona görə də, çalışıb millət olaraq - ata-ana olaraq öz evimizdə dilimizi qorumalıyıq - uşaqlarımızla doğma dilimizdə daha çox danışmalıyıq ki, sonradan nəsillər arasında tərcüməçiyə ehtiyac yaranmasın....
Məhəmməd ƏRSOY - "DİA-AZ"
Geri qayıt
|