Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvanın Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olundu, müavin təyin edildi

Naxçıvanın Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olundu, müavin təyin edildi


8-01-2026, 12:49

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin (DVX) Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Məhəmməd Xəlil oğlu Əhmədov Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən azad edilib.

O, digər əmrlə muxtar respublikadakı 2 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.


Geri qayıt