Əsas Səhifə > Ana xəbər / Güney Press > Nurullayevlərin dəbdəbəli toyu: Aygün Kazımovaya 100 min, Nanəyə isə...
Nurullayevlərin dəbdəbəli toyu: Aygün Kazımovaya 100 min, Nanəyə isə...7-01-2026, 12:07 |
|
Ötən gündən deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunun Dubaydakı dəbdəbəli toyu ölkə gündəmini zəbt edib. "DİA-AZ" Milli.Az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.
Ümumilikdə toyun bütün təşkilatçıları və digər işçilər Bakıdan çağırılıb.
Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy karvanında lüks avtomobillərin iştirakına da böyük məbləğ ödənilib. Toy mərasimi isə Dubayın məşhur "Ritz-Carlton" hotelində keçirilib. Bəs Razi Nurullayevin qardaşı Hasil Nurullayev kimdir?
Azərbaycanda Nurullayevlərə məxsus olduğu deyilən "Astroy", "Eyubov" və "Seyidoğlu" MMC şirkətlərinin adları çəkilir. Qardaşların əsas biznes fəaliyyətlərini Azərbaycanda və Rusiyada apardıqları bildirilir. Geri qayıt |