Əsas Səhifə > Ana xəbər / Güney Press > “PASHA Property Management”də yeni təyinat
“PASHA Property Management”də yeni təyinat6-01-2026, 13:20 |
|
“PASHA Property Management” MMC-də yeni təyinat olub. Banker.az xəbər verir ki, Şəhriyar Həsənverdiyev “PASHA Property Management”də Əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunub. O, 2025-ci ilin iyul ayından bu təyinata kimi “PASHA Property Management”ə Təchizatçıların idarəedilməsi və daxili nəzarət üzrə icraçı direktor kimi çalışıb. Şəhriyar Həsənverdiyev 1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavriat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliyanın Kvinslend Universitetində (The University of Queensland) Beynəlxalq iqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb.
Geri qayıt |