Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçısı xanım müavinini vəzifədən azad etdi

İcra başçısı xanım müavinini vəzifədən azad etdi


6-01-2026, 12:04

Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aliyə Osmanova vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Cavid Əbdul-Qədirov sərəncam imzalayıb.

Qeyd edək ki, A.Osmanova ötən ilin mayında bu vəzifəyə təyin olunub. O, bu təyinatdan əvvəl Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini, daha əvvəllər isə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim vəzifələrində çalışıb.


Geri qayıt