Əsas Səhifə > Ana xəbər / Güney Press > “Bakı Elektroavtomat”a rəhbərlik təyin ediləcək

“Bakı Elektroavtomat”a rəhbərlik təyin ediləcək


5-01-2026, 10:29

30 yanvar 2026-ci il tarixdə, saat 11:00-da “Bakı Elektroavtomat”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakı Elektroavtomat”ASC-nin inzibati binası ünvanıda olacaq.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Elektroavtomat” ASC-nin 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Bakı Elektroavtomat”ASC-nin Direktorlar (Müşahidə) Şurasının formalaşdırılması;

4. “Bakı Elektroavtomat”ASC-nin İcra orqanının formalaşdırılması;

5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

6. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (050) 300-33-82


Geri qayıt